Azərbaycana ötən ay 60 mln. dollar dəyərində avtomobillər idxal olunub

Azərbaycana ötən ay 60 mln. dollar dəyərində avtomobillər idxal olunub
# 19 fevral 2020 17:08 (UTC +04:00)

Bu ilin yanvar aylarında Azərbaycana 5 906 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 5 560 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 2,4 dəfə artıb.

Bundan başqa, bu ilin yanvar ayında ölkəyə 292 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 35,8% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 36 ədəd (artım təxminən 2 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 18 ədəd (artım 50%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar ayında ölkəyə 659 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 7 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Ümumi olaraq yanvar ayında avtomobil idxalının dəyəri 60 992,50 min ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR