Azərbaycana ötən il 50 mln. dollarlıq "Aİ-95" markalı benzin idxal edilib

Azərbaycana ötən il 50 mln. dollarlıq "Aİ-95" markalı benzin idxal edilib
# 21 yanvar 2021 16:47 (UTC +04:00)

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan dörd ölkədən 49,868 mln. ABŞ dolları dəyərində 83 499,91 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, təkcə noyabr ayında ölkəyə 7,907 mln. dollar dəyərində 12 541,78 ton "Premium" markalı avtomobil benzini gətirilib. Bu da oktyabr ayı ilə müqayisədə dəyər və həcm ifadəsində 2,2 dəfə çoxdur.

İdxal bazarına gəldikdə, ən çox "Aİ-95" markalı avtomobil benzini ölkəyə Rusiyadan gətirilib. Belə ki, hesabat dövründə Rusiya Azərbaycana 26,021 mln. dollar dəyərində 43 718,02 ton "Aİ-95" ixrac edib. İkinci pillədə qərarlaşan Rumıniyadan ölkəyə 19,863 mln. dollarlıq 33 802,02 ton benzin tədarük edilib. Azərbaycana "Premium" markalı avtomobil benzinin üçüncü ən böyük ixracatçısı olan Bolqarıstan isə ölkəyə 2,234 mln. dollarlıq 3 430,67 ton yanacaq göndərib. Dördüncü yerdə olan İrandan isə Azərbaycana 1,751 mln. dollar dəyərində 2 549,2 ton "Aİ-95" markalı avtomobil benzini gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR