Azərbaycana ötən il 54 minə yaxın avtomobil idxalı olunub

Azərbaycana ötən il 54 minə yaxın avtomobil idxalı olunub
# 15 yanvar 2021 17:38 (UTC +04:00)

2020-ci ildə Azərbaycana 53 729 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,6% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il ölkəyə 49 692 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici 2019-cu ilin göstəricisindən 15,1% çoxdur.

Bundan başqa, 2020-ci ildə ölkəyə 3 626 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 4,1% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 259 ədəd (azalma 52,6%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 152 ədəd (75 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, ötən il ölkəyə 5 080 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 167 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Ümumi olaraq, 2020-ci ildə aylarında avtomobil idxalının dəyəri 647 596,79 min ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR