Azərbaycana pul köçürmələri ötən il 14%-ə yaxın azalıb

Azərbaycana pul köçürmələri ötən il 14%-ə yaxın azalıb
# 17 fevral 2020 17:39 (UTC +04:00)

2019-cu ildə Azərbaycana daxil olan pul baratları 934 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, beləliklə, 2018-ci illə müqayisədə ölkəyə pul köçürmələri 13,5% azalıb.

Qeyd edək ki, 2018-ci ildə ölkəyə daxil olan pul baratları 2017-ci ilə nəzərən 6% artaraq 1 080 mln. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR