Azərbaycana qızıl və gümüş idxalı 3 il ƏDV-dən azad edilib

Azərbaycana qızıl və gümüş idxalı 3 il ƏDV-dən azad edilib
# 09 mart 2021 18:28 (UTC +04:00)

Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Eyni zamanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı da ƏDV-dən azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR