Azərbaycana yanvar-avqustda 65 ton bal idxal edilib

Azərbaycana yanvar-avqustda 65 ton bal idxal edilib
# 23 oktyabr 2020 18:14 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 234,42 min ABŞ dolları dəyərində 64,98 ton təbii bal idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ölkəyə ən çox bal İrandan idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 71,26 min dollar dəyərində 35,6 ton bal gətirilib. İdxalda ikinci yeri tutan Türkiyə isə 2020-ci ilin ilk səkkiz ayı ərzində Azərbaycana 92,75 min dollar dəyərində 17,56 ton bal tədarük edib.

Azərbaycana ümumi təbii bal idxalında üçüncü ən böyük pay sahibi Rusiya olub. Yanvar-avqustda bu ölkədən Azərbaycana 34,82 min dollar dəyərində 7 ton təbii bal göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR