Azərbaycana yanvar-sentyabrda 682 mln. dollar həcmində pul baratları göndərilib

Azərbaycana yanvar-sentyabrda 682 mln. dollar həcmində pul baratları göndərilib
# 16 dekabr 2020 12:58 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1,2 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, daxilolmaların həcmi 742,6 mln. dollar, ödənişlərin həcmi isə 442 mln. dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91,8%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6,7%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 1,5%-i isə digər daxilolmalar təşkil edir.

AMB-ə görə, hesabat dövründə Azərbaycana göndərilən pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% azalaraq 681,9 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 23,2% artaraq 383 mln. dollara çatıb. Nəticədə pul baratları üzrə müsbət saldo illik müqayisədə 21,7% azalaraq 298,9 mln. dollara bərabər olub. Bütövlükdə, cari əməliyyatlar hesabının komponenti olan təkrar gəlirlər üzrə əməliyyatların profisiti illik müqayisədə 23,8% azalaraq 300,6 mln. dollara enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR