Azərbaycanda ATM və POS-terminalların sayı azalıb

Azərbaycanda ATM və POS-terminalların sayı azalıb
# 24 iyul 2020 15:30 (UTC +04:00)

Azərbaycanda POS-terminalların sayı iyun ayı ərzində 604 vahid və ya 1,1% artaraq iyul ayının 1-nə 55 631 ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, POS-terminalların 36 326 ədədi və ya 65,3%-i Bakıda, 19 305 ədədi və ya 34,7%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların (ATM) sayında artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı iyun ayı ərzində 15 ədəd və ya 0,6% artıb.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə bankomatların sayında 78 ədəd, POS-terminallar üzrə isə 11 837 vahid azalma olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR