Azərbaycanda Rusiya rubluna tələbat beşillik minimuma enib

Azərbaycanda Rusiya rubluna tələbat beşillik minimuma enib
# 23 fevral 2021 17:00 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan əhalisi banklardan nağd Rusiya rublunun alışını illik ifadədə 2,3 dəfə azaldaraq 139,390 mln. rubla endirib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ölkədə yanvar ayında rubla tələbat 2015-ci ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. 2020-ci dekabr ayı ilə müqayisədə nağd rubl alışı 17,7% azalıb.

Bundan əlavə, cari ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 1,009 mlrd. rubl təşkil edib ki, bu da aylıq müqayisədə 26,4%, illik ifadədə isə 13% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR