Azərbaycanda "Tax free" sistemi ilə müştərilərə indiyədək 9 mln. manat vəsait qaytarılıb

Azərbaycanda "Tax free" sistemi ilə müştərilərə indiyədək 9 mln. manat vəsait qaytarılıb
# 10 mart 2021 11:55 (UTC +04:00)

"Tax free" sisteminin tətbiqinə başlandığı dövrdən xarici vətəndaşlara indiyədək 9,061 mln. manat məbləğində alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması həyata keçirilib.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, 2016-cı ildə 688,9 min manat, 2017-ci ildə 2,039 mln. manat, 2018-ci ildə 2,396 mln. manat, 2019-cu ildə 3,275 mln. manat, 2020-ci ildə isə 661,9 min manat vəsait müştərilərə qaytarılıb.

Qeyd edək ki, "ƏDV geri al" layihəsi çərçivəsində isə bu günədək vətəndaşlar tərəfindən 132 milyondan çox kassa çeki barədə məlumat qeydə alınıb və təsdiq olunan çeklər üzrə təqribən 47,2 mln. manat ƏDV məbləği geri ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR