Azərbaycanda adambaşına düşən ÜMG-nin səviyyəsi artırılacaq

Azərbaycanda adambaşına düşən ÜMG-nin səviyyəsi artırılacaq
# 02 fevral 2021 15:16 (UTC +04:00)

Azərbaycanda adambaşına düşən ümumi milli gəlirin (ÜMG) səviyyəsi yüksəldiləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb.

Milli Prioritetlərdə qeyd olunub ki, iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir.

İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunacaq. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşması təmin ediləcək.

Qeyd edək ki, ümumi milli gəlir iqtisadi əlaqələr nəticəsində yaranan (verilən və alınan) ilkin gəlirlərin saldosu nəzərə alınmaqla, rezident-vahidlər tərəfindən əldə edilən ilkin gəlirlərin cəmidir. ÜMG ümumi daxili məhsuldan, başqa ölkələrə verilmiş və ya başqa ölkələrdən alınmış ilkin gəlirlər nəzərə alınmaqla hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR