Azərbaycanda avtomobil yanacağının alışı martda 27% artıb

Azərbaycanda avtomobil yanacağının alışı martda 27% artıb
# 14 aprel 2021 15:27 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 514,1 mln. manat məbləğində avtomobil yanacağı (avtomobil benzini və dizel) istehlak edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 9,2% azalıb. Təkcə martda istehlakçılar yanacağa 191,5 manat xərcləyiblər ki, bu da fevral ayı ilə müqayisədə 27,2% çoxdur və ötən ilin oktyabr ayından bəri ən yüksək göstəricidir.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2,041 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR