Azərbaycanda avtomobil yanacağının istehlakı onaylıq minimuma enib - QRAFİK

Azərbaycanda avtomobil yanacağının istehlakı onaylıq minimuma enib - QRAFİK
  • Clock-gray 11:38
  • calendar-gray 16 Mart 2021

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 322,6 mln. manat məbləğində avtomobil yanacağı (avtomobil benzini və dizel) istehlak edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 11,9% azalıb. Təkcə fevralda istehlakçılar yanacağa 150,5 mln. manat xərcləyiblər ki, bu da yanvar ayı ilə müqayisədə 12,6% azdır və ötən ilin aprel ayından (144,7 mln. manat) bəri ən aşağı göstəricidir.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2,041 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər