Azərbaycanda avtomobillərin icbari sığortası 7%-dən çox azalıb

Azərbaycanda avtomobillərin icbari sığortası 7%-dən çox azalıb
# 25 dekabr 2020 17:01 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 85 785,2 min manat sığorta haqqı yığılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə eyni sığorta növü üzrə 51 576,6 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 7,3%, ödənişləri isə 14,9% azalıb.

Hesabata əsasən, cari ilin yanvar-noyabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 34 447,7 min manat sığorta haqqı yığılıb, 11 785,6 min manat ödəniş edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 5,1%, ödənişlərdə isə 3,1% artım qeydə alınıb.

Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 668 925,8 min manat (illik 8,7%-lik artım), ödənişləri isə 391 453,6 min manat (illik 55,2%-lik artım) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR