Azərbaycanda avtomobillərin könüllü sığortası yanvarda kəskin azalıb

Azərbaycanda avtomobillərin könüllü sığortası yanvarda kəskin azalıb
# 11 mart 2021 11:37 (UTC +04:00)

2021-ci ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 7,107 mln manat sığorta haqqı yığılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə eyni sığorta növü üzrə 4,708 mln. manatlıq ödəniş həyata keçirilib. Beləliklə, 2020-ci ili yanvar ayı ilə müqayisədə sığorta yığımları 2,6% artıb, ödənişlər isə 22,3% azalıb.

Hesabat əsasən, yanvarda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 2,705 mln. manat sığorta haqqı yığılıb, 727 min manat ödəniş edilib. Bu, illik müqayisədə müvafiq olaraq 2,6 dəfə və 27% azdır.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayı ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 104 010,8 min manat həcmində sığorta haqqı yığılıb, 56 840,7 min manat həcmində isə ödəniş həyata keçirilib. Sığorta yığımları illik müqayisədə 7,2% azalıb, ödənişlər isə 2,1 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR