Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası 10% azalıb

Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası 10% azalıb
# 11 iyun 2020 12:45 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 26 225,9 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 20 989,4 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 10,2% azalıb, ödənişlər isə 6,4% artıb.

Bu müddətdə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 14 008,8 min manat yığım, 4 276,9 min manat həcmində ödəniş həyata keçirilib. Bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 55,7% və 22,6% artım deməkdir.

Xatırladaq ki, hesabat dövründə bütün sığorta növləri üzrə cəmi yığımlar illik 17,4% artaraq 311 337 min manat, ödənişlər isə 58,4% artaraq 105 564,7 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR