Azərbaycanda bağlanan banklar üzrə ümumi kredit yığımı 25 mln. manat təşkil edib

Azərbaycanda bağlanan banklar üzrə ümumi kredit yığımı 25 mln. manat təşkil edib
# 25 iyun 2020 13:45 (UTC +04:00)

Bu ilin yanvar ayından bu günədək Azərbaycanda ümumi bağlanan banklar üzrə kredit yığımı 25 mln. manata yaxın təşkil edib.

"APA-Economics"in məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun (ADIF) İcraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərində görə, bu, pandemiya dönəmini nəzərə almaqla olduqca böyük bir rəqəmdir.

Qeyd edək ki, Azərbaycanda indiyədək 21 bank bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR