Azərbaycanda bağlanan bankların aktivlərinin inventarizasiyası aparılır

Azərbaycanda bağlanan bankların aktivlərinin inventarizasiyası aparılır
# 19 oktyabr 2020 17:45 (UTC +04:00)

Azərbaycanda bağlanan bankların aktivlərinin inventarizasiyası aparılır və siyahılar tərtib olunur.

Bunu "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərinə görə, ləğvedici olaraq, ADIF onların uzun müddət Fondda qalmasının tərəfdardır: "Bu aktivləri realizə edib, əhalinin sığortalanmamış vəsaitlərinin ödənilməsinə yönəltmək lazımdır. Bu günədək müəyyən işlər görülüb, sadəcə bu işləri sürətləndirmək gərəkdir. Ümumi kredit portfelimiz faizlərlə birlikdə 5,3 mlrd. manat təşkil edir. Təbii ki, bu da yığılmalıdır. Bu məbləğlər də yığıldıqdan sonra eyni digər aktivlərin satışından əldə olunan gəlir kimi yenə də hüquqi və fiziki şəxslərin sığortalanmamış vəsaitlərin ödənilməsinə yönəldiləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR