Azərbaycanda bağlanan dörd bankın əmanətçilərinə 580 mln. manatdan çox kompensasiya ödənilib

Azərbaycanda bağlanan dörd bankın əmanətçilərinə 580 mln. manatdan çox kompensasiya ödənilib
# 20 noyabr 2020 10:10 (UTC +04:00)

Bu ilin iyunun 16-dan noyabrın 19-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 209,54 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 450 əmanətçiyə 90,20 mln. manat, "NBCBank" üzrə isə 4 087 əmanətçiyə 119,33 mln. manat kompensasiya verilib.

İyunun 1-dən noyabrın 19-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 370,69 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 684 əmanətçiyə ödənilən məbləğ 137,99 mln. manat, "Atabank" üzrə isə 9 598 əmanətçiyə 232,70 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, noyabrın 19-na 23 819 əmanətçiyə bu məbləğin 580,24 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 85,8%-i təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR