Azərbaycanda bağlanan dörd bankın əmanətçilərinə 600 mln. manatdan çox kompensasiya ödənilib

Azərbaycanda bağlanan dörd bankın əmanətçilərinə 600 mln. manatdan çox kompensasiya ödənilib
# 02 dekabr 2020 17:36 (UTC +04:00)

Lisenziyaları ləğv edilən "Atabank", "Amrahbank", "NBC Bank" və "AGBank"ın toplam 23 929 əmanətçisinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən son 6 ay ərzində 600 mln. manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, belə ki, bu ilin iyun ayının 16-dan dekabr ayının 1-dək agent bank olaraq təyin edilmiş Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBC Bank"ın toplam 8 606 əmanətçisinə 228 mln. manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 84%-i) ödənilib.

Həmçinin, iyun ayının 1-dən dekabrın 1-dək agent bank qismində seçilmiş "Kapital Bank" tərəfindən "Amrahbank" və "Atabank"ın toplam 15 323 əmanətçisinə 372 mln. manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 92%-i) ödənişi həyata keçirilib.

Fonddan bildirilib ki, bağlanan son 4 bank üzrə kompensasiyaların tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşacaq. Hazırda, qalan digər əmanətçilərin kompensasiyaların ödənilməsi seçilmiş agent bankların filiallarında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR