Azərbaycanda bank işçilərinin sayı ilin əvvəlindən 5% azalıb

Azərbaycanda bank işçilərinin sayı ilin əvvəlindən 5% azalıb
# 25 sentyabr 2020 16:50 (UTC +04:00)

Azərbaycanda bank işçilərinin sayı cari il sentyabrın 1-nə 18 489 nəfər təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bank işçilərinin sayında ilin əvvəlinə nisbətən 971 nəfər və ya 5% azalma müşahidə olunub.

Bildirək ki, azalma əsasən lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

Qeyd edək ki, bu il Azərbaycanda 4 bank bağlanıb və nəticədə, cari il sentyabrın 1-nə ölkədə fəaliyyət göstərən bankların sayı 26-ya (2 dövlət bankı) enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR