Azərbaycanda bank müştərilərinin depozit hesabları 15 aylıq minimuma enib

Azərbaycanda bank müştərilərinin depozit hesabları 15 aylıq minimuma enib
  • Clock-gray 14:10
  • calendar-gray 03 İyun 2020

Azərbaycan bank müştərilərinin depozit hesabları aprel ayı ərzində 12% azalaraq cari il mayın 1-nə 312 339 ədəd təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, son 15 ayda ən aşağı göstəricidir.

AMB-nin hesabatına əsasən, ilin əvvəlinə nisbətən isə müştəri hesablarının sayında 19,7% azalma müşahidə olunub.

Qeyd edək ki, bu il mayın 1-nə ölkədə 8 069 176 bank müştərisinin 19 391 891 bank hesabı mövcud olub. Bunun da 16 461 135-ni və ya 85%-ni cari hesablar əhatə edib.

Nərmin Rəhimova

Digər xəbərlər