Azərbaycanda bank müştərilərinin depozitləri səkkizaylıq minimuma enib

Azərbaycanda bank müştərilərinin depozitləri səkkizaylıq minimuma enib
  • Clock-gray 13:21
  • calendar-gray 06 Aprel 2020

Bu ilin martın 1-nə Azərbaycanda bank müştərilərinin kredit təşkilatlarında 346 285 depozit hesabı mövcud olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu son 8 ayda ən minimal göstəricidir. 

Hesabata əsasən, müştərilərin depozit hesablarının sayı fevralın 1-nə nisbətən 12,6% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 9,2% artıb. 

Martın 1-nə bank müştərinin cəmi hesabları 18 989 640 ədəd təşkil edib ki, bunun da 15 967 181 ədədi cari hesablardır.

Nərmin Rəhimova

Digər xəbərlər