Azərbaycanda bank müştərilərinin kredit hesabları ilin əvvəlindən 5% artıb

Azərbaycanda bank müştərilərinin kredit hesabları ilin əvvəlindən 5% artıb
  • Clock-gray 17:42
  • calendar-gray 05 Dekabr 2019

Azərbaycanda bank müştərilərinin kredit hesabları ilin əvvəlindən 4,8% artaraq bu il noyabrın 1-nə 2 754 minə çatıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, bank müştərilərinin kredit hesablarında son 42 ay ərzində ən yüksək göstəricidir. Belə ki, 2016-cı il mayın 1-nə kredit hesablarının sayı 2 792 min, həmin il iyunun 1-nə isə 2 711 min təşkil edib.

 

Qeyd edək ki, bu il noyabrın 1-nə kredit hesabları cəmi müştəri hesablarının 15%-ni əhatə edib.

 

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date