Azərbaycanda bank sektorunun aktivləri artıb

Azərbaycanda bank sektorunun aktivləri artıb
  • Clock-gray 11:41
  • calendar-gray 31 Mart 2020

Azərbaycanda bank sektorunun cəmi aktivləri bu ilin əvvəlindən 1,5% artaraq fevralın 29-na 33 195,9 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu müddətdə nağd vəsaitlər 1 531,5 mln. manatdan 1 368,6 mln. manata azalıb. Qiymətli kağızların həcmi də müddətdə 8,8% azalaraq 29 mart tarixinə 2 973,5 mln. manata enib.

Müştərilərə verilən kreditlərin həcmi hesabat dövründə 2,67% artaraq 15 299,1 mln. manata yüksəlib.

Hesabata əsasən bank sektorunun cəmi öhdəlikləri 1,3% artaraq fevralın 29-na 28 504,9 mln. manat təşkil edib. Bu müddətdə depozitlərin həcmi( maliyyə institutları istisna olmaqla) 2,2% artaraq 21 790,7 mln. manat, Mərkəzi Bankın banklara qarşı tələbi 6,8% artaraq 348,1 mln. manata çatıb.

Bank sektorunun cəmi kapitalı ilin əvvəlindən 2,4% artaraq martın əvvəlinə 4 691 mln. manat təşkil edib.

Nərmin Rəhimova

Digər xəbərlər