Azərbaycanda bank sektorunun aktivləri son bir ildə 5,4% artıb

Azərbaycanda bank sektorunun aktivləri son bir ildə 5,4% artıb
# 25 iyun 2020 15:51 (UTC +04:00)

Azərbaycan bank sektorunun cəmi aktivləri ilin əvvəlindən 4,5% azalaraq cari il iyunun 1-nə 31 260,8 mln. manat təşkil edib. Son bir ildə isə bankların aktivləri 5,4% artıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bankın hesabatına əsasən, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi isə 1,1% azalaraq 14 361 mln. manata enib. Son bir ildə bu göstərici 11,7% artıb.

Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 6,1% azalaraq cari il iyunun 1-nə 26 701,3 mln. manat təşkil edib. Öhdəliklərin 19 949,3 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

Bildirək ki, depozitlərin 7 551 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.

AMB-nin banklara qarşı tələbləri ilin əvvəlindəki 326,1 mln. manatdan iyunun 1-nə 397,7 mln. manata enib.

Məlumata əsasən, cari il iyunun 1-nə bank sektorunun cəmi kapitalı 4 559,4 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR