Azərbaycanda bank sektorunun xalis mənfəəti 16% artıb

Azərbaycanda bank sektorunun xalis mənfəəti 16% artıb
# 28 fevral 2020 16:25 (UTC +04:00)

Azərbaycan bank sektorunun xalis mənfəəti bu ilin yanvar ayı ərzində 49,4 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 15,96% artıb.

Bu ilin yanvar ayı ərzində faiz gəlirləri 167,5 mln. manat, faiz xərcləri 47,6 mln. manat olub.

Hesabata əsasən, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 16,2 mln. manat ayrılıb.

Qeyd edək ki, bank sektorunun vergilər ödənilənədək mənfəəti 55,1 mln. manat təşkil edib. Bu müddətdə mənfəətdən 5,7 mln. manat vergi ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR