Azərbaycanda bank sektorunun xalis mənfəəti artıb

Azərbaycanda bank sektorunun xalis mənfəəti artıb
# 26 avqust 2020 13:37 (UTC +04:00)

Azərbaycanda bank sektorunun xalis mənfəəti bu ilin yanvar-iyul ayları ərzində 428,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% artım deməkdir.

Hesabat əsasən, faiz gəlirləri 1 109,8 mln. manat, faiz xərcləri 281,7 mln. manat, qeyri-faiz gəlirləri 373,3 mln. manat, qeyri-faiz xərcləri 657,4 mln. manat təşkil edib. Nəticədə, əməliyyat mənfəəti 507,1 mln. manat, vergilər ödənilənədək mənfəət isə 523,4 mln. manat həcmində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR