Azərbaycanda bank və kredit təşkilatlarının kredit portfelində dollarlaşma azalıb

Azərbaycanda bank və kredit təşkilatlarının kredit portfelində dollarlaşma azalıb
  • Clock-gray 12:08
  • calendar-gray 05 İyun 2020

Bu il mayın 1-nə Azərbaycandakı maliyyə və kredit təşkilatlarının cəmi kredit portfelinin 4 967,7 mln. manatı və ya 32,8%-i xarici valyutada olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, dollarla kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi aprelin 1-i ilə müqayisədə azalıb (1 aprel 2020-ci il tarixinə 33,2%).

İlin əvvəli ilə müqayisədə isə dollarla kreditlərin xüsusi çəkisində 1,8 faiz bəndi azalma müşahidə olunub (1 yanvar 2020-ci il tarixinə 34,6%).

Qeyd edək ki, cari il mayın 1-nə bank və kredit təşkilatlarının manat ekvivalentində kredit portfeli 15 146,8 mln. manat təşkil edib.

Hesabata əsasən, xarici valyutada kreditlərin həcmi aprel ayı ərzində 4,4%, ilin əvvəlindən isə 6,2% azalıb.

Nərmin Rəhimova

Digər xəbərlər