Azərbaycanda banklararası kreditlər bahalaşıb

Azərbaycanda banklararası kreditlər bahalaşıb
  • Clock-gray 12:20
  • calendar-gray 02 İyun 2020

Bu ilin aprel ayında Azərbaycanda banklararası kreditlər üzrə orta faiz dərəcələri artıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, mayın 1-nə banklararası manatla kreditlər üzrə orta faiz dərəcəsi 8,90%, xarici valyuta ilə isə 3,78% təşkil edib.

AMB-nin hesabatına əsasən, bu göstərici aprelin 1-nə müvafiq olaraq 6,87% və 3,49% olub. Qeyd edək ki, ilin əvvəlində isə orta faiz dərəcəsi müvafiq olaraq 8,97%, 3,67% təşkil edib.

Nərmin Rəhimova

Digər xəbərlər