Azərbaycanda banklardan kənarda olan nağd pulun həcmi 4,1% azalıb

Azərbaycanda banklardan kənarda olan nağd pulun həcmi 4,1% azalıb
# 23 fevral 2021 13:31 (UTC +04:00)

Yanvarın 31-nə Azərbaycanda banklardan kənarda nağd pulun (M0) həcmi illik müqayisədə 11,5% artaraq 10 329,9 mln. manata çatıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici aylıq 4,1% azalıb.

Xatırladaq ki, yanvar ayının 1-də Azərbaycanda banklardan kənarda nağd pulun həcmi 10,773 mlrd. manata təşkil edərək tarixi maksimuma çatmışdı.

Qeyd edək ki, M0 pul aqreqatı banklardan kənarda qalan (əldə olan) manatla nağd pulun həcminin göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR