Azərbaycanda bankların dollara tələbi azalıb

Azərbaycanda bankların dollara tələbi azalıb
# 21 aprel 2020 12:51 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 38,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (16 aprel 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 26,8% və ya 14,2 mln. azalıb.

Hərracda manatın orta çəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Ümumiyyətlə, bu ilin martın 10-dan bu günə kimi 14 hərrac keçirilib ki, bu hərraclarda banklar 2 005,4 mln. dollar əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR