Azərbaycanda bankların müştərilərə veridiyi kreditlərin həcmi 21% artıb

Azərbaycanda bankların müştərilərə veridiyi kreditlərin həcmi 21% artıb
# 28 fevral 2020 16:48 (UTC +04:00)

31 yanvar 2020-ci il tarixinə Azərbaycanda bank sektorunda müştərilərə verilən kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 575,4 mln. manat və ya 20,5% artaraq 15 116,4 mln. manata çatıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) bank icmalına istinadən verilən məlumata görə, bu göstərici təkcə bu ilin yanvar ayı ərzində 215,5 mln. manat və ya 1,4% artıb.

Bundan əlavə, banklar da daxil olmaqla, maliyyə institutlarına verilən kreditlərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 55,4 mln. manat və ya 21,3% artaraq 315,4 mln. manata çatıb. Təkcə cari ilin yanvar ayı ərzində bu göstərici 10,6 mln. manat və ya 3,5% yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR