Azərbaycanda bankların xarici öhdəlikləri son bir ilin maksimumuna yüksəlib

Azərbaycanda bankların xarici öhdəlikləri son bir ilin maksimumuna yüksəlib
# 31 mart 2020 13:13 (UTC +04:00)

Bu il martın 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 1 739,9 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu, fevralın 1-nə olan göstərici ilə müqayisədə 135,8 mln. manat və ya 8,5% çoxdur. Hesabata əsasən cari ilin əvvəlinə nisbətən isə bu göstərici 94,3 mln. manat və ya 5,7% artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 71,1 mln. manat və ya 4,3% artıb.

Bildirək ki, bu il martın 1-də kommersiya banklarının xarici öhdəliklərinin həcmində son bir ildə ən yüksək göstərici qeydə alınıb. Belə ki, son bir il ərzində xarici öhdəliklər 1 471,2 mln. manat (1 avqust, 2019-cu il)- 1 668,8 mln. manat(1 mart, 2019-cu il) arasında dəyişib.

Xatırladaq ki, 2019-cu il fevralın 1-nə isə bankların xarici öhdəliklərinin həcmi 1 913,1 mln. manat təşkil edib.

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il fevralın 1-də qeydə alınıb və 8 071,7 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR