Azərbaycanda bankomatların sayı artıb

Azərbaycanda bankomatların sayı artıb
# 30 aprel 2020 14:20 (UTC +04:00)

Bu il aprelin 1-i vəziyyətinə Azərbaycanda ümumilikdə 2 677 ədəd bankomat, 71 127 ədəd POS terminal quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, bu keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,6% və 7,1% artım deməkdir.

Qeyd edək ki, bankomatların 54,1%-i Bakıda, 45,9%-i isə regionlarda quraşdırılıb. POS terminalların isə 62,3%-i Bakının payına, 37,7%-i isə regionların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR