Azərbaycanda bu il bir istehlakçı orta hesabla ayda 367 manat xərcləyib

Azərbaycanda bu il bir istehlakçı orta hesabla ayda 367 manat xərcləyib
  • Clock-gray 14:47
  • calendar-gray 18 Mart 2021

Bu ilin yanvar-fevral aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 7,3 mlrd. manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 6% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1% azalaraq 7 mlrd. manata bərabər olub, onun 47,7%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 366,8 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 9,7 manat az vəsait xərcləyib.

Hüseyn Vəliyev

Digər xəbərlər