Azərbaycanda bu il sosial mənzillərin tikintisinə 152 mln. manat ayrılacaq

Azərbaycanda bu il sosial mənzillərin tikintisinə 152 mln. manat ayrılacaq
# 07 yanvar 2021 13:03 (UTC +04:00)

Azərbaycanda sosial mənzillərin tikintisi məsələlərinə dövlət büdcəsindən 152 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.

APA-Economics” xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, dövlət büdcəsindən, əlavə olaraq müəyyən dövlət fondlarından, digər büdcədənkənar imkanlardan, özəl sektordan və maliyyə-bank sektorundan vəsaitlərin səfərbər edilməsi proqramının 2021-ci ildə də icra olunması üçün vəsaitlər nəzərdə tutulub.

Nazir bildirib ki, o cümlədən sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, eyni zamanda, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması üçün vəsaitlər nəzərdə tutulub. Bundan əlavə, ənənəvi olaraq ipoteka proqramlarının həyata keçirilməsi üçün də dövlət büdcəsində vəsaitlər nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR