Azərbaycanda əcnəbilər I yarımildə bank kartları ilə 280 mln. manat əməliyyat həyata keçirib

Azərbaycanda əcnəbilər I yarımildə bank kartları ilə 280 mln. manat əməliyyat həyata keçirib
# 30 iyul 2020 15:28 (UTC +04:00)

Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu ilin mart ayından etibarən Azərbaycana gələnlərin sayında azalma müşahidə olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bunun üçün də cari ilin iyun ayında xarici vətəndaşların ölkədə bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 23,7 mln. manat təşkil edib.

Ümumilikdə isə, 2020-ci ilin yanvar-iyun ayları ərzində əcnəbilərin Azərbaycanda bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 279,7 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR