Azərbaycanda əcnəbilərin bank kartı ilə apardığı əməliyyatların həcmi kəskin azalıb

Azərbaycanda əcnəbilərin bank kartı ilə apardığı əməliyyatların həcmi kəskin azalıb
# 30 dekabr 2020 12:32 (UTC +04:00)

Bu ilin noyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 23,2 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 74,3% azalıb.

2020-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 402,3 mln. manatlıq əməliyyat aparıb ki, bu da ötən ilin 11 ayının göstəricisindən 65,4% azdır.

Azalmaya səbəb, koronavirus pandemiyası ilə bağlı yaranan vəziyyət qeyd olunur ki, bu da ölkədə turizm sektoruna təsirsiz ötüşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR