Azərbaycanda əcnəbilərin bank kartı ilə apardığı əməliyyatların həcmi oktyabrda 25 mln. manata yaxın olub

Azərbaycanda əcnəbilərin bank kartı ilə apardığı əməliyyatların həcmi oktyabrda 25 mln. manata yaxın olub
  • Clock-gray 11:17
  • calendar-gray 02 Dekabr 2020

Bu ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 24,9 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 76,2% azdır.

Ümumilikdə bu ilin yanvar-oktyabr ayında əcnəbilər bank kartları vasitəsi ilə 379,1 milyon manatlıq əməliyyat aparıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,7% azdır.

Xatırladaq ki, bu ilin 10 ayında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Koronovirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında ölkəyə gələnlərin sayında kəskin azalmaya səbəb olub və səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Hüseyn Vəliyev

Digər xəbərlər