Azərbaycanda əcnəbilərin bank kartı ilə apardığı əməliyyatların həcmi ötən il 66% azalıb

Azərbaycanda əcnəbilərin bank kartı ilə apardığı əməliyyatların həcmi ötən il 66% azalıb
# 29 yanvar 2021 11:13 (UTC +04:00)

2020-ci ilin dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 27,9 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 70% azalıb.

Ümumilikdə ötən il ərzində isə əcnəbilər bank kartları vasitəsi ilə 430,2 mln. manatlıq əməliyyat aparıb ki, bu da 2019-cu ilin göstəricisindən 65,7% azdır.

Azalmaya səbəb, koronavirus pandemiyası ilə bağlı yaranan vəziyyət qeyd olunur ki, bu da ölkədə turizm sektoruna təsirsiz ötüşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR