Azərbaycanda daha 64 dövlət əmlakı hərraca çıxarılır

Azərbaycanda daha 64 dövlət əmlakı hərraca çıxarılır
  • Clock-gray 18:08
  • calendar-gray 08 Fevral 2021

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 2 mart tarixində təşkil ediləcək.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, hərraca 64 dövlət əmlakı çıxarılacaq. Bunlardan 23-ü kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 41-i isə səhmdar cəmiyyətidir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin saytından tanış olmaq mümkündür.

Hüseyn Vəliyev

Digər xəbərlər