Azərbaycanda daha iki məhsula aksiz dərəcəsi tətbiq edilə bilər

Azərbaycanda daha iki məhsula aksiz dərəcəsi tətbiq edilə bilər
# 26 yanvar 2021 15:30 (UTC +04:00)

Azərbaycanda aksiz dərəcəsi tətbiq edilən malların siyahısı genişləndirilir.

APA-nın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.

Yeni aksiz dərəcəsi tətbiq ediləcək mallar aşağıdakılardır:

Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;

- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.

Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR