Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi oktyabrda 1,1% azalıb

Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi oktyabrda 1,1% azalıb
# 27 noyabr 2020 10:10 (UTC +04:00)

Bu ilin oktyabr ayı ərzində Azərbaycanda dövriyyədə olan debet kartları ilə 2,222 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, əməliyyatların həcmi aylıq müqayisədə 1,1% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,7% artım qeydə alınıb.

Oktyabr ayında debet kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatların 1,642 mlrd. manatı ATM, 227 mln. manatı POS-terminallar vasitəsilə həyata keçirilib, 266 mln. manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 2,134 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,7% çoxdur.

AMB-nin məlumatına əsasən, ölkə xaricində debet kartları ilə hesabat ayında 87 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 22,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 24,3% azdır.

Qeyd edək ki, cari ilin noyabrın 1-nə Azərbaycanda 8,06 mln. vahid debet kartı olub. Kartların sayı aylıq müqayisədə 1,9%, illik müqayisədə isə 26,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR