Azərbaycanda depozitlərin dollarlaşması azalıb

Azərbaycanda depozitlərin dollarlaşması azalıb
  • Clock-gray 11:45
  • calendar-gray 28 Oktyabr 2020

Bu ilin oktyabrın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 22 495,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 4% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ilin əvvəlindən cəmi depozit bazası 9,1% azalıb. Təkcə sentyabr ayında isə depozitlərin həcmi 1% azalıb.

Oktyabrın 1-nə depozitlərin 57,8%-i ABŞ dollarında olub ki, bu da illik müqayisədə 6 faiz bəndi, ilin əvvəli ilə müqayisədə 3,4 faiz bəndi, aylıq ifadədə isə 1,7 faiz bəndi azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər