Azərbaycanda depozitlərin dollarlaşması azalıb

Azərbaycanda depozitlərin dollarlaşması azalıb
  • Clock-gray 15:05
  • calendar-gray 25 Noyabr 2020

Bu ilin noyabrın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 22 442,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 4,1% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ilin əvvəlindən cəmi depozit bazası 9,3% azalıb. Təkcə oktyabr ayında isə depozitlərin həcmi 0,2% enib.

Noyabrın 1-nə depozitlərin 57,4% ABŞ dollarında olub ki, bu da illik müqayisədə 6 faiz bəndi, aylıq müqayisədə isə 0,4% faiz bəndi azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər