Azərbaycanda depozitlərin dollarlaşması azalıb

Azərbaycanda depozitlərin dollarlaşması azalıb
# 26 dekabr 2020 11:05 (UTC +04:00)

Bu ilin dekabrın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 22 305,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 5,4% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ilin əvvəlindən cəmi depozit bazası 9,9% azalıb. Təkcə noyabr ayında isə depozitlərin həcmi 0,6% enib.

Dekabrın 1-nə depozitlərin 58,3% ABŞ dollarında olub ki, bu da illik müqayisədə 4,5 faiz bəndi, aylıq müqayisədə isə 0,9 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR