Azərbaycanda depozitlərin gəlirliyi azalıb

Azərbaycanda depozitlərin gəlirliyi azalıb
  • Clock-gray 11:30
  • calendar-gray 02 İyun 2020

Bu il mayın 1-nə Azərbaycanda manatla depozitlər üzrə orta faiz dərəcəsi 8,73% təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu göstərici həm aprelin 1-i (8,95%), həm də ilin əvvəli (9,27%) ilə müqayisədə azalma olduğunu göstərir.

Xarici valyuta ilə depozitlərdə isə orta faiz dərəcəsi aprelin 1-nə olan 1,75%-dən mayın 1-nə 1,63%-ə enib. Qeyd edək ki, ilin əvvəlində bu göstərici 1,84% olub.

Hesabata əsasən, orta faiz dərəcəsi mayın 1-nə fiziki şəxslərin manatla əmanətləri üzrə 9,10%, xarici valyuta ilə isə 2,06% təşkil edib.

Xatırladaq ki, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%-dən 12%-dək qaldırılıb. Əmanətlərin Sığortalanması Fondu bildirir ki, quruma üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Nərmin Rəhimova

Digər xəbərlər