Azərbaycanda dövlət qulluqçularının orta aylıq əməkhaqqı ötən il 28% artaraq 1 022 manata çatıb

Azərbaycanda dövlət qulluqçularının orta aylıq əməkhaqqı ötən il 28% artaraq 1 022 manata çatıb
# 16 iyun 2020 12:10 (UTC +04:00)

Bu ilin yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 29,4 min nəfər olub ki, onların da 29%-ni qadınlar təşkil edib. Dövlət qulluqçularının 4,7%-i dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 75,6%-i 4-7-ci təsnifatları, 19,7%-i isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dövlət qulluqçularının 7,2%-i 1 ilə qədər, 23,5%-i 1 ildən 5 ilə qədər, 23,8%-i 5 ildən 10 ilə qədər, 16,6%-i 10 ildən 15 ilə qədər, 28,9%-i isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 17,3%-ni 30 yaşadək, 16,3%-ni 30-34 yaşda, 23,8%-ni 35-44 yaşda, 19,9%-ni 45-54 yaşda, 21,3%-ni 55-64 yaşda, 1,4%-ni 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1 022,2 manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 28,3%, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR