Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi noyabrda 22% azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi noyabrda 22% azalıb
# 25 dekabr 2020 14:47 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 228,6 mln. manat həcmində ipoteka krediti verib ki, bu da illik müqayisədə 69,8 mln. manat və ya 43,9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, təkcə noyabr ayında dövlət xətti ilə 21,1 mln. manatlıq ipoteka kreditləri götürülüb ki, bu da aylıq müqayisədə 4,4 mln. manat və ya 22,2% azdır.

Qeyd edək ki, İKZF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi yanvar-noyabrda 138,3 mln. manat bərabər olub. Bu, illik müqayisədə 35,7% azdır. Təkcə noyabrda 28,7 mln. manatlıq yenidən maliyyələşdirilmiş ipoteka kreditləri verilib ki, bu da aylıq ifadədə 1,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR